Könüllülük Proqramına qeydiyyat davam edir - Avropa Liqasının finalı ilə bağlı

Könüllülük Proqramına qeydiyyat davam edir - Avropa Liqasının finalı ilə bağlı
İDMAN
10:58 27.12.2018
3278
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar dekabrın 13-dən yanvarın 31-dək könüllü cəlb olunması prosesinə start verilib. Bu günədək Avropa Liqasının finalında könüllü olmaq istəyən 1300-ə yaxın gənc qeydiyyatdan keçib.
 
Final oyunu ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu 13-25 dekabr tarixləri arasında ümumilikdə 11 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük Proqramının təqdimatını keçiriblər. Bu il üçün nəzərdə tutulmuş sonuncu təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. 3000-dən çox tələbənin qatıldığı bu təqdimatlarda Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər barədə təqdimat nümayiş olunub. Eyni zamanda, proqramın əhəmiyyətindən, perspektivlərindən danışılıb.

Proqrama dəstək məqsədilə veteran futbolçumuz, UEFA Avropa Liqasının  Bakıda keçiriləcək finalının səfiri Vəli Qasımov, milli komandanın və "Qarabağ” FK-ın futbolçusu Mahir Mədətov,  milli komandanın və "Qəbələ” FK-ın futbolçusu Təmkin Xəlilzadə təqdimatlarda  iştirak ediblər.

Könüllülük Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübəyə sahib olacaqlar.

AFFA-nın könüllülər komandasına qoşulmaq və final həyəcanının bir hissəsi olmaq üçün ərizə qəbulunun son tarixi 2019-cı il yanvarın 31-dir. Qeydiyyatla bağlı suallarınızı [email protected] email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
20:21 03.07.2025
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq