Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığın bərpası xarici siyasət prioritetimizdir

Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığın bərpası xarici siyasət prioritetimizdir
DÜNYA
23:31 19.03.2025
171
ABŞ ilə strateji tərəfdaşlığı yeni səhifədən bərpa etmək xarici siyasətimizin əsas prioritetlərindən biridir.

AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ictimai telekanalına açıqlamasında deyib.

Hökumət başçısı bu baxımdan xarici işlər naziri Maka Boçorişvili ilə ABŞ-nin bu ölkədəki səfiri Robin Danniqan arasında görüşü vacib hesab etdiyini qeyd edib.

Kobaxidze görüş zamanı hər iki tərəfin Gürcüstan və ABŞ arasında münasibətlərin əsaslı və keyfiyyətcə yüksəldilməsində maraqlı olduğunun ifadə edildiyini qeyd edib.
 
Kobaxidze ABŞ-nin hazırkı administrasiyasının bəyanatlarının Gürcüstan hökumətinin son üç ildə səsləndirdiyi fikirlərlə üst-üstə düşdüyünü vurğulayıb.

O, münasibətlərin bərpasının ABŞ-də "dərin dövlət”in nə dərəcədə məğlub edilməsindən asılı olacağını qeyd edib.

"Hesab edirəm ki, maraqların yaxınlaşması mümkündür və belə olan halda strateji tərəfdaşlığın bərpa olunacağını düşünürəm. Bir daha qeyd etmək istərdim ki, münasibətlərin yenidən qurulması mahiyyətcə "dərin dövlət”in məğlubiyyətindən asılı olacaq", - baş nazir bildirib.

Kobaxidze Gürcüstanın ABŞ-yə yeni səfir namizədi seçdiyini və prosesin tezliklə yekunlaşdırılacağına ümidvar olduğunu əlavə edib.
OXŞAR XƏBƏRLƏR