Kobaxidze: Azərbaycanla münasibətlərimizi inkişaf etdirməliyik

Kobaxidze: Azərbaycanla münasibətlərimizi inkişaf etdirməliyik
SİYASƏT
20:36 02.10.2025
135
Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.

AZXEBER.COM xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib.

"Biz qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox yaxşı danışıqlar aparıb.

"Biz bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi Qafqaz regionundakı missiyamızı məhz belə görürük", - İ.Kobaxidze vurğulayıb.
OXŞAR XƏBƏRLƏR