Kobaxidze Gürcüstanda çevriliş cəhdinin pislənilməməsini tənqid edib

Kobaxidze Gürcüstanda çevriliş cəhdinin pislənilməməsini tənqid edib
DÜNYA
18:59 08.10.2025
182
"Tbilisidə Prezident sarayına zorakı basqından dörd gün keçsə də, heç bir qurum və ya dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və konkret Aİ ölkələri gürcü xalqının seçdiyi hakimiyyəti devirmək cəhdini pisləyən bəyanatla çıxış etməyib”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ, ATƏT/DTİHB və digər qurumların verdiyi bəyanatlar zorakılığa dəstəyin dolayı, lakin aydın ifadəsi kimi şərh edilə bilər.

İ.Kobaxidze Avropa Xalq Partiyasının (AXP) Aİ-ni Bidzina İvanişvili və hakim komanda üzvlərinə sanksiya tətbiq etməyə çağırışına da münasibət bildirib. Baş nazir deyib ki, AXP-nin bu çağırışı Avropa bürokratiyasının Aİ-ni hansı fəlakətə gətirib çıxardığını aydın göstərir.
 
\apa
OXŞAR XƏBƏRLƏR