Kobaxidze və Rubio Cənubi Qafqazda tərəfdaşlığı müzakirə ediblər

Kobaxidze və Rubio Cənubi Qafqazda tərəfdaşlığı müzakirə ediblər
DÜNYA
21:41 30.03.2026
152
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Bu barədə İ. Kobaxidze "X"dəki hesabında məlumat bölüşüb.

"Məhsuldar telefon danışığı olub və tərəfdaşlığımızı yenidən qurmağın vacibliyini vurğuladıq", - o yazıb və əlavə edib ki, Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolu möhkəmləndiriləcək.

"Gürcüstan-ABŞ əlaqələrini gücləndirməyə, regional sabitliyi və əlaqəliliyi inkişaf etdirməyə sadiqik".
OXŞAR XƏBƏRLƏR