Kolbasa sexindəki partlayışda ölənlərin adları açıqlandı
12:50 03.08.2011
1743
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun hadisə yerində olan ANS PRESS-in müxbirinə verdiyi məlumata görə, partlayışda ölənlər sex rəisi 42 yaşlı Rövşən Ağagülov, işçilər 40 yaşlı Asəf Vahabov və 21 yaşlı Nurlan Xəlilovdur.
Bakı şəhər sakini 34 yaşlı Rüstəm Şükürov isə yaralanıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralının yüngül xəsarət aldığı bildirilir. Baş həkimin sözlərinə görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.
Qeyd edək ki, kolbasa sexində yanğınla müşahidə edilən partlayış Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.