Kollec tələbəsi sevgilisi ilə qaçdı, ailəsi isə geri qaytarmaq istəyir - VİDEO

Kollec tələbəsi sevgilisi ilə qaçdı, ailəsi isə geri qaytarmaq istəyir - VİDEO
SOSİAL
00:54 06.02.2018
1532
Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

AZXEBER.COM Xezxerxeber.az-a istinadən məlumatına görə, hadisə rayonun Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Mirvari Hacıyeva həmkəndlisi, 23 yaşlı Nəcməddin Əzizov tərəfindən qaçırılıb. Azyaşlı qız ailə qurmaq məqsədilə öz istəyi ilə Nəcməddin Əzizova qoşulub qaçsa da, ailəsi bu izdivaca razı deyil.

Artıq ailə hadisə ilə bağlı Bərdə Rayon Polis Söbəsinə müraciət edib.

Azyaşlı qızın valideynləri qızlarını qaçıran şəxsdən şikayətçi olduqlarını bildiriblər. Qızın yaxınlarının sözlərinə görə, övladları yetkinlik yaşına çatmayıb və Ağdaşda kollecdə təhsil alır.

Qızı qaçıran Nəcməddin Əzizovun anası isə oğlunun qız qaçırtmasından xəbərsiz olduğunu deyib. Ancaq oğlunun qızı sevməsindən xəbəri olub. Buna görə hətta qız evinə bir dəfə elçi də gedib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

Hüquqşünans Xəyal Bəşirov bildirir ki, ölkəmizdə evlilik yaşı 18-dir. Amma Ailə Məcələssinə uyğun olaraq müəyyən hallarda bu 17 yaş ola bilər. O ki qaldı qızın qaçırılmasına, əgər qızın 16 yaşı tamamadırsa və o öz istəyi ilə qaçırılıbsa, bu zaman qarşı tərəf heç bir məsuliyyət daşımır. Amma qızın yaşı 16-dan azdırsa bu zaman qarşı tərəfi 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 

OXŞAR XƏBƏRLƏR