Kolleclərə ixtisas seçimi başlayıb

Kolleclərə ixtisas seçimi başlayıb
SOSİAL
11:27 26.07.2024
132
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə)" və "Rəqs müəllimliyi" ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2024/2025-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 930 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10 752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29 445 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 26 iyul - 5 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ndə ödənişsiz kömək göstərilir. Mərkəzlərin ünvanları ilə buradan tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq