Kolleclərə qeydiyyat prosesi uzadıldı

Kolleclərə qeydiyyat prosesi uzadıldı
SOSİAL
16:37 19.08.2024
152
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müraciət üçün https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.

Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
OXŞAR XƏBƏRLƏR