Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı
SOSİAL
11:10 01.09.2016
1276

2016/2017-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə bu gün saat 10:00-dan sentyabrın 4-ü saat 23:59-dək ixtisas seçimi aparılacaq.

AZXEBER.COM xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, müsabiqə bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə bu ilin iyulun 5-də keçirilən eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları https://eservices.tqdk.gov.az/erizebak/ixtisas3 internet ünvanın­da yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya bütün mobil operatorlardan 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunacaq. Jurnalın TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” köşklərində satışı təşkil olunacaq:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Bank kartı ilə ödəniş etməklə də jurnalın elektron versiyasını (pdf formatında) əldə etmək mümkün olacaq. Bunun üçün istifadəçi abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı" düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompüterinə yükləyərək ondan istifadə edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi