Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırıb

Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırıb
DÜNYA
03:55 12.09.2023
306
Kolumbiyanın məşhur "Atlantik” radiosunun internet səhifəsində "Ermənistan-Azərbaycan Qarabağ müharibəsinin digər üzü” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadaki Səfirliyindən AZXEBER.COM-a verilən məlumata görə, məqalədə kolumbiyalı jurnalist Paola Varqas ölkəmizə səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu vəhşiliklərdən söhbət açır, məqsədinin "Azərbaycanın üzləşdiyi barbarlığı” oxuyucuların diqqətinə çatdırmaq olduğunu bildirir.

Jurnalist qeyd edir ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağda törədilən ağlasığmaz vəhşiliklərin izləri hələ də qalır. Viran qoyulmuş, dağıdılmış və minalarla çirkləndirilmiş bu ərazilərin yenidənqurulması və bərpası kifayət qədər vaxt tələb edir.

P.Varqas erməni işğalından öncə dinamik həyata və sosial-iqtisadi inkişafa malik Azərbaycan şəhərlərinin xarabalığa, "kabus şəhər”ə çevrilməsindən dəhşətə gəldiyini, Gəncə şəhərində yaşayış məntəqəsinə raketlərlə hücumun həyata keçirildiyi yerdə gördüklərinin onu daha da hiddətləndirdiyini vurğulayıb:

"Ermənistanın günahsız insanlara hücum etməkdə məqsədi nə idi? Niyə beynəlxalq kütləvi informasiya vasitələrində bu həqiqətlərdən danışılmır?”

Kolumbiyalı jurnalist işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminin silinməz izləri ilə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi olduğunu yazır, uğurla və sürətlə davam etdirilən tikinti və abadlıq işlərinin, iri layihələrin bu ərazilərə tezliklə həyatın qayıdacağını deməyə əsas verdiyini bildirir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyevlə görüşdən sitatlara yer verilir və Qarabağın erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları hesab olunacaqları və təhlükəsizlik zəmanətinə malik olacağı, eləcə də Azərbaycanın sülhün tərəfdarı olduğu və Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatlarının yolverilməzliyi vurğulanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi