Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo İsrailin hücumlarında yaralanan Qəzzalı 50 uşağın müalicə üçün ölkəyə gətiriləcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Murillo uşaqları Misir üzərindən gətirəcəklərini ifadə edib.
O açıqlamasında bildirib:
"Məqsəd Qəzzada hücumlarda yaralanan və ya əlil olan 35-50 uşağı Kolumbiyaya gətirməkdir. Onları 6 aya qədər ailələri ilə birlikdə burada qonaq etmək istəyirik. sonra Misirə geri göndəriləcəklər”.
Gülay