Kolumbiya telekanalı Ermənistanın hərbi cinayətlərindən bəhs edib - VİDEO

Kolumbiya telekanalı Ermənistanın hərbi cinayətlərindən bəhs edib - VİDEO
DÜNYA
07:57 12.10.2021
305
Kolumbiyanın nüfuzlu televiziya proqramı "Testigo Directo” verilişində ölkəmizdə səfərdə olmuş tanınmış jurnalist Roberto Trobaxonun azad olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə hazırladığı "Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” adlı reportaj efirə verilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən AZXEBER.COM-a verilən məlumata görə, verilişdə Ermənistanın BMT TŞ-in qətnamələrinə məhəl qoymayan 30 ilə yaxın qeyri-qanuni işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi minalama apardığı, bu səbəbdən hərbi əməliyyatların bitməsindən keçən 11 ay müddətində 150-ə yaxın hərbi və mülki azərbaycanlının həlak olduğu və yaralandığı bildirilir.

Müəllif Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər aparır, bu xüsusda Kolumbiyada gerilla birlikləri tərəfindən ölkə üzrə geniş ərazilərdə eyni qaydada kütləvi minalama aparıldığını qeyd edir. Bununla yanaşı, Kolumbiyada həmin qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və bu durumun həm Kolumbiya, həm də Azərbaycanda mülki insanlar arasında çoxsaylı tələfata səbəb olduğu deyilir.

Azərbaycan ərazilərinin kütləvi minalanması faktının Ermənistanın Baş naziri N.Paşinyan tərəfindən xeyli müddət təkzib edildiyi, yekunda yüksək rütbəli erməni hərbçilər tərəfindən müharibə cinayətinin etiraf olunduğu vurğulanır.

Reportajda xarici işlər nazirinin müavini Elnur Məmmədov, XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovun işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalamanın bölgədə yaşayış infrastrukturunun bərpası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıdışına ciddi maneə törətdiyi və beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu haqda açıqlamaları təqdim olunur.

Sonda Azərbaycan hökumətinin mövcud maneələrə rəğmən soydaşlarının qısa vaxtda öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi üzrə xeyli irəliləyişlər əldə etdiyi və bölgədə yaşayış infrastrukturunun bərpası üzrə geniş miqyaslı layihələr həyata keçirməkdə olduğu qeyd edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib