Kolumbiya Xarici İşlər Nazirliyi Azərbaycan xalqı ilə həmrəylik notası qəbul edib

Kolumbiya Xarici İşlər Nazirliyi Azərbaycan xalqı ilə həmrəylik notası qəbul edib
11:24 13.02.2013
1091

Kolumbiya XİN Azərbaycan xalqının 1991-ci ildə uğurla başa çatmış öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir

Kolumbiya Xarici İşlər Nazirliyi Azərbaycanın Meksikadakı səfirliyinə 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota göndərib. Səfirlikdən APA-ya verilən məlumata görə, notada, “1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş Qara yanvar kimi tanınan hadisələrə” istinadən bildirilib ki, Kolumbiya Xarici İşlər Nazirliyi Azərbaycan xalqının 1991-ci ildə uğurla başa çatmış öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir.

OXŞAR XƏBƏRLƏR