Cənubi Amerika ölkəsi Kolumbiyada 4.8 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Belə ki, zəlzələ paytaxt Boqotadan təxminən 75 kilometr cənub-şərqdə yerləşən Vilyavisensio şəhərində qeydə alınıb.
Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.
Gülay










































