Kolumbiyada 6.7 bal gücündə zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, zəlzələnin episentri Monteriya şəhərindən 134 kilometr qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, tələfat və dağıntı barədə məlumat yoxdur.
Mikayıl