Kolumbiyada məktəb avtobusu dərəyə aşdı - 16 nəfər öldü

Kolumbiyada məktəb avtobusu dərəyə aşdı - 16 nəfər öldü
DÜNYA
01:22 15.12.2025
171
Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Bu barədə yerli "El Tiempo" qəzeti xəbər verib.

Məlumata görə, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq Remedios bələdiyyəsi ərazisində dərəyə aşıb. Hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Qəzanın səbəbini Yol Təhlükəsizliyi Milli Agentliyi araşdırır.

"Hazırda müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır", - qurumun açıqlamasında deyilir.

/report
OXŞAR XƏBƏRLƏR