Katarakt

Komada olan qazimiz şəhid oldu - FOTO

SOSİAL
15:11 16.06.2021
913
Vətən Müharibəsinin daha bir iştirakçısı şəhidlik zirvəsinə ucalıb.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səylərinə baxmayaraq bu gün dünyasını dəyişib.

Qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdI.

Xatırladaq ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Allah rəhmət eləsin!
 

 


OXŞAR XƏBƏRLƏR