AZXEBER.COM-un “Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, evlənməyə hazırlaşan 26 yaşlı Birch toyundan bir neçə həftə öncə qəzaya uğrayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Birchin həyatı komadan ayıldıqdan sonra tamamilə dəyişib. O, komadan oyandıqdan sonra qadınlardan yox öz həmcinslərindən xoşlandığını hiss etməyə başlayıb.
Tanınmış ragby oyunçusu olan Birch homoseksual olduqdan sonra idmanı atıb və nişanlısından ayrılaraq özünə yeni oğlan sevgili tapıb. “Telegraph” qəzetinin müxbirinə danışan 26 yaşlı gənc həyatında heç vaxt belə xoşbəxt olmadığını söyləyib.
Amerika mətbuatı isə Birchin həyatının Jim Carreynin baş rolunu ifa etdiyi və mavilərin həyatından bəhs edən 'I Love YouPhillip Morris' filminə bənzədiyini qeyd ediblər.