Komadan çıxa bilməyəcək deyilən şəxs 752 gün sonra ayıldı

Komadan çıxa bilməyəcək deyilən şəxs 752 gün sonra ayıldı
DÜNYA
00:04 31.08.2022
439
752 günlük komadan sonra işinə qayıdan şəxs hər kəsi təəccübləndirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada baş verən yol qəzası səbəbilə 752 gün komada qalan və həkimlərin "ayağa qalxa bilməyəcək” dediyi 34 yaşlı Semih Taşdemir 2 illik müalicədən sonra ayılıb.

2015-ci ildə baş verən hadisədə dostu Semih Taşdemirə yeni motosikletini göstərmək üçün işə gəlib. Taşdemir sürməyə cəhd etmək istədiyi motosikletə minərək oradan uzaqlaşıb. Bir müddət sonra irəlidən səs eşidən yaxınları Taşdemiri hadisə yerinə gedən zaman qanlar içində yerdə uzandığını görüblər. Xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilən Taşdemirin ailəsinə komada olduğu bildirilib. Bu müddətdə boğazında qidalanma üçün deşik olan və 29 əməliyyat keçirən Taşdemir 752 gün komada olub.

Həkimlərin "ayağa qalxa bilməyəcək” sözlərinə baxmayaraq yeriməyi bacaran Taşdemir yenidən işini davam etdirir. Xəstəxanadan çıxanda barmaqlarını belə aça bilməyən və əllərini istifadə etməsi möcüzə sayılan Taşdemir yenidən cib telefonlarının təmirinə başlayıb.

O, artıq istədiyi kimi yeriyə bildiyini bildirib:
 
"Çox çətin olsa da, işimə qayıda bildim, sadəcə qaçmaqda çətinlik çəkirəm. Özümə dönə bilmək böyük xoşbəxtlikdir. İşimə qaldığım yerdən davam edirəm. Telefonları təmir edirəm, proqramlaşdırıram. Bunların heç birini edə biləcəyimi düşünmürdüm”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR