AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Liverpul” komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Daha yaxşı mübarizə apara bilərdik. İlk səkkiz komanda arasında rahat rəqib yox idi. Hər oyun, hər stadion öz çətinliyi ilə seçilirdi”.
Qeyd edək ki, "Enfild” stadionunda təşkil olunan qarşılaşma "Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran "Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da "köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.










































