Komandamız Norveçi məğlub etdi

İDMAN
11:00 11.10.2013
950
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirib. VIII seçmə qrupunda mübarizə aparan Azərbaycan milli komandası Norveç yığması ilə qarşılaşıb. Oyun Norveçdə baş tutub.Oyun Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb. Bernard Lippertin yetirmələri rəqibin qapısından 3 qol keçirib. Rəqib komanda isə bir qolla kifayətlənib. Komandamız 4 xalla qrup liderliyinə yüksəlib.Qolların müəllifləri Etzaz Hussain, Tuğrul Erat,Ağabala Ramazanov olub.
OXŞAR XƏBƏRLƏR