Komandası Lukaşenkoya qarşı - Belarus hadisələri ən kritik mərhələdə!

Komandası Lukaşenkoya qarşı - Belarus hadisələri ən kritik mərhələdə!
DÜNYA
13:06 30.08.2020
2794

"Rusiya prezidenti Vladmir Putin Belarusda keçirilən prezident seçkilərinin legitimliyini tanıdı. Amma bu o demək deyil ki, mövzu qapandı, Lukaşenko 5 illik müddətinə prezident qalacaq, ölkədəki etiraz dalğası səngiyəcək”.

Bunu Regional Siyasi İnkişafı Mərkəzinin baş direktoru İlya Qraşenkov mk.ru-ya açıqlamasında deyib. O, Moskvadan verilən mühüm siyasi bəyanatın səbəblərindən və Belarusda hadisələrin mümkün inkişafı ssenarisindən danışıb.

Politoloq deyib ki, Rusiyanın seçkidə Lukaşenkonun qalib gəlməsini tanıması vacib qərardır. "Ancaq xarici ölkədə siyasət hər zaman daha çətin və təhlükəlidir. Bu səbəbdən də Moskvanın siyasəti çox balanslı və tədbirli olmalıdır”,- deyə, politoloq bildirib.

Onun sözlərinə görə, zəifləmiş Lukaşenko rejimini dəstəkləmək həm rahat, həm də çətindir. "İndi Belarus prezidenti əvvəlki vaxtlardan daha yolagələn, amma eyni zamanda həm də gözlənilməz addımlar atmağa meyllidir. Hər an qərarlarını dəyişdirə bilər. Bundan əlavə, Lukaşenko həm ölkə daxilində, həm də xaricdə güclü təzyiq altındadır” deyən, politoloq bu sözlərlə hazırkı prezidentin mənəvi-psixoloji durumuna işarə edib.

İlya Qraşenkovun Lukaşenko hakimiyyəti ilə bağlı söylədikləri isə əsl sensasiya da sayıla bilər: "Belarusda hökumətlə bağlı ciddi problem var. Əslində iqtidarda meydana gələn "qara dəlik" ölkəni udmağa başlayır. Lukaşenko öz icra aparatına güvənmir. Lukaşenko da bir çox elitanın gözündə legitimliyini itirib”.

Politoloq Lukaşenkonun Rusiyadan hərbi dəstək istənməsini bu legitimliyi daha ciddi sual altına aldığını deyib.

Lukaşenkonun Rusiyanın Belarusla tezliklə elan etmək istədiyi birliyə tam inteqrasiya üçün verdiyi sözünə əməl edib-etməyəcəyinə gəlincə, politoloq deyib ki, prezident vədini yerinə yetirmək istəsə də, buna sadəcə, vaxtı yetməyə bilər: "Çünki ölkədə hələ də hakimiyyət çevrilişi mümkündür. Və bu baş verərsə, ölkədə həm Rusiyanın, həm də Avropa Birliyinin müdaxilə etməli olduğu genişmiqyaslı qarşıdurma 
Politoloq Belarusda barəsində çox danışılan Kiyevdəki Maydan hadisələrinin baş verə biləcəyinə isə inanmır. "Ümumiyyətlə Kiyevdəki Maydanın amili olan heç bir ilkin şərt yoxdur. Belarusda ölkəni idelolojilərə bölən "qərb və şərq" anlayışı yoxdur, nə Rusiyayönümlü, nə də Avropapərəst partiyalar var. Yaşlı insanlar Sovet İttifaqını xatırlayır, gənclər Avropaya tərəf baxırlar. Ancaq bu o demək deyil ki, "kim bizimlə deyilsə düşməndir”.

Qraşenkova görə, Lukaşenko ölkədə nifrət, düşmənçilik atmosfer yaratmaq niyyəti onun üçün çox pis nəticələnəcək. Münaqişənin istənilən qütbləşməsi və süni şəkildə gərginliyin artması məhz hakimiyyətin sonuna gətirib çıxaracaq.

Politoloq deyib ki, Lukaşenko dərhal kabinetini(nazirləri) və güc strukturlarını silkələməzsə, elitadan qopmalar olacaq, hətta bəzilərinin rəhbərə qarşı birləşməsi gözlənilir: "Beləliklə, Belarusda münaqişənin ən aktiv mərhələsi başlayır. Nəticə isə verilən qərarlardan asılı ola bilər. Lukaşenko əlinə silah almaqla sonadək getməyə hazır olduğunu göstərdi. Etirazçılar da dağılışmağa razı deyillər. Çoxları ümid edir ki, Lukaşenko referendum keçirəcək və yeni Milli Məclis seçəcək. Amma insanların mitinq və tətillər keçirdiyi bir ölkədə necə seçki keçirmək olar? Bu o deməkdir ki, kimsə güc tətbiq etməlidir. Amma bunun necə başa çatacağı cavabsız sualdır...”
 
///musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR