Tunisin futbol yığmasının qokiperi Muəz Hassen komanda yoldaşlarının iftarlarını açmaları və su içib azacıq yemək yemələri üçün iki dəfə simulyasiya edib.
Komandasının Türkiyə və Portuqaliya yığmaları ilə yoldaşlıq matçlarında o, hər oyunda iftar vaxtı çatan kimi yerə yıxılıb, guya zədələndiyini göstərməyə çalışıb.
Bu zaman komandanın oyunçuları dərhal məşqçilərin yanına qaçıblar. Məşqçilər isə futbolçulara yemək və su veriblər.
Hər iki halda "zədə" yüngül olduğundan Muəz Hassen oyuna davam edib.
İftarda su içib yemək yeyən tunisli futbolçular isə daha yaxşı oynamağa başlayıblar.
Məsələn, iftara qədər Portuqaliya yığması hesabda 2:1 irəli olsa da, iftardan sonra hesab bərabərləşib. Türkiyə yığması ilə qarşılaşma da 2:2 hesabla başa çatıb.
Tunis yığması DÇ-2018-in final mərhələsində mübarizə aparacaq. DÇ-2018-in matçları 14 iyun-15 iyul günlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
///Milli.Az