İsrail donanmasında 1 aprel zarafatı gərginlik yaradıb.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, zarafatı Dəniz Qüvvələri Komandanı Ram Rotberq edib.
Rotberq şənbə günü Hayfadakı üç gəminin İtaliya sahillərində bir təlimdə iştirak edəcəyini bildirib və gəmilərin ən gec bazar günü yola çıxması əmrini verib.
Dənizçilər bütün gecə boyu gəmiləri 10 gün davam edəcəyi açıqlanan təlimə hazırlayıblar, yaxınlarına xəbər veriblər, hətta təcili əlavə əşyalar və pul gətirdiblər.
Bazar sabahı günü gəmilər hərəkətə keçmək üzrəykən əsgərlərə bunun 1 aprel zarafatı olduğu açıqlanıb.
Bəzi dənizçilər zarafata sərt reaksiya verib, ordu rəsmiləri isə hadisənin araşdırılacağını bildiriblər