"Komediya janrında mənim kimi obraz yaradan ikinci bir insan yoxdur" - Xalq artisti

"Komediya janrında mənim kimi obraz yaradan ikinci bir insan yoxdur" - Xalq artisti
MAQAZİN
15:08 31.07.2025
237
Səhhətində yaranan ciddi problemlərdən sonra zaman-zaman televiziya verilişlərinə dəvət alan Xalq artisti Fatma Mahmudova "Qonaqcanlı" verilişinə çıxıb.
 
AZXEBER.COM xəbər verir ki, aktrisa sosial şəbəkədə ünvanına yazılan tənqidi şərhlərdən danışıb.
 
O, Xalq artisti adına layiq olmadığını bildirən izləyicilərə cavab verib:
 
"Səhnədə hər zaman yerim görünür, çünki mən səhnə üçün doğulmuşam. Səhnə üçün çox darıxıram. Həmçinin də seriallar üçün. Hər bir obrazı özüm kimi oynayıram, heç kimi yamsılamıram. Komediya janrında mənim kimi obraz yaradan ikinci bir insan yoxdur. Oynayanlar var, amma sadəcə ağzını-burnunu əyirlər.
 
İndi çoxları mənə söz atır ki, "Bu niyə xalq artistidi?". Bu adı mənə Ulu Öndər verib. Bütün məni bəyənməyən, arxamca danışan, aldığım ada şübhə ilə baxan Xalq artistləri yığılsın, mənim yaratdığım obrazlardan yaratsın, həm də muğam oxuya bilsin, görüm edə biləcək? Bilsəydim ki, mənim ayağımdan bu qədər çəkəcəklər, aktrisa yox, müğənni olardım. Bir quru canım qalıb, onu da verim sizə, məndən əl çəkin!".
 
 
Aysel
OXŞAR XƏBƏRLƏR