Komitə əməliyyat keçirdi: Narkotik vasitə və psixotrop maddələr aşkarlandı

Komitə əməliyyat keçirdi: Narkotik vasitə və psixotrop maddələr aşkarlandı
SOSİAL
18:47 20.02.2020
2381
Gömrük əməkdaşları külli miqdarda narkotik vasitə-kokain, psixotrop və güclü təsir edən maddələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamran Quliyev nəzarətə götürülüb.

Onun çamadanı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Təkrar yoxlama zamanı çamadanda iki ədəd "Nestle Nesquik" paketlərinə yerləşdirilmiş 6800 ədəd ağ-qəhvəyi rəngli kapsul, eləcə də 3185 ədəd müxtəlif rəngli həblər, bir bükümdə isə təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristal şəklində maddə aşkar edilib. Bundan başqa, çamadanda olan piano oyuncağının içərisindəki iki bükümdən də təmiz çəkisi 394,086qram təşkil edən ağ rəngli toz şəklində maddə aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 6800 ədəd ağ-qəhvəyi rəngli kapsullardakı ağ maddə preqabalin tərkibli dərman preparatıdır və preqabalinin ümumi miqdarı 2040 qram təşkil edir.

3185 ədəd müxtəlif rəngli həblərin isə metilendioksimetamfetamin (MDMA, ekstazi) tərkibli olduğu müəyyən edilib və metilendioksimetamfetaminin ümumi miqdarı 691,83 qram təşkil edir.

Təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristal şəkilli maddənin kustar üsulla hazırlanan metamfetamin, təmiz çəkisi 394,086qram təşkil edən ağ rəngli toz şəkilli maddənin isə kustar üsulla hazırlanan kokain olduğu aşkara çıxarılıb.

Xatırladaq ki, kokain "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin I Siyahısı"na, metamfetamin və metilendioksimetamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər