"Epidemyanın yayılmasının iqtisadiyyata təsiri iyun ayında bitəcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, dünyada epidemiyanın yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib: "Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini 55 dollardan götürmüşük. Amma hazırda neftin qiyməti 30-35 dollardır. Mən insanları təşvişə düşməməyə çağırıram”.
///Azvision.az