BAKU AZƏRBAYCAN
6°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Kommunal xidmətlərlə bağlı SƏRƏNCAM

Kommunal xidmətlərlə bağlı SƏRƏNCAM
SOSİAL
22:50 27.02.2020
2306
SƏRƏNCAM" />
Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək.
 
AZXEBER.COM-un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdirilməlidir.

OXŞAR XƏBƏRLƏR