İspaniyanın Malyorka adasında yaşayan 18 yaşlı gənc kompüter oyunundakı ssenari əsasında atasını qətlə yetirib. "Dead Rising 2" adlı kompüter oyununu birlikdə oynadığı qız dostu ilə "mismarlı dəyənək" düzəldən Andreu Coll sonradan həmin alətdən atasına qarşı istifadə edib. O, atasını "mismarlı dəyənək"lə qətlə yetirib İspaniya mətbuatı yazır ki, həyat yoldaşından ayrılan Andreu Coll Bennassar zəngin iş adamı olub və 50 milyon avroluq sərvətini oğluna vəsiyyət edib. Qatil oğul məhkəmədə bildirib ki, atası onun sevgisinə mane olub və dostu ilə evlənməsinə qarşı çıxıb. Bu üzdən onu öldürüb.//teleqraf.com