Konfet yığmaq üçün evdən çıxan 5 yaşlı uşağın cansız meyiti tapıldı

Konfet yığmaq üçün evdən çıxan 5 yaşlı uşağın cansız meyiti tapıldı
DÜNYA
21:42 30.03.2025
404
Konfet yığmağa çıxan 5 yaşlı uşağın cansız meyiti suvarma kanalından tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aksaray bölgəsində baş verib.

Su dolu kanala düşən balaca uşaq güclü cərəyanın təsirindən sürətlə yoxa çıxıb. Uşağın suvarma kanalına düşdüyünü görən vətəndaş vəziyyəti Təcili Yardım Mərkəzinə məlumat verib.
 
Xəbərdarlıq üzərinə hadisə yerinə polis, sağlamlıq və axtarış-xilasetmə qrupları sövq edilib.

Qısa müddətdə hadisə yerinə gələn qruplar kanalda axtarışlara başlayıb. Suda boğularaq ölən uşaq 5 kilometr aralıda yerləşən Sapmaz kəndində kənd sakinləri tərəfindən tapılıb.
 
Hadisə yerinə gələn qruplar tərəfindən suvarma kanalından çıxarılan kiçik uşağın cansız bədəni yarılma üçün meyitxanaya aparılıb.

Hadisə ilə bağlı Aksaray Respublika Prokurorluğu tərəfindən araşdırma başlanıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR