Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlanıb

İDMAN
17:46 19.07.2024
178
"Saabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.
 
Macarıstandakı"Varkert” stadionunda baş tutacaq görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumen yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək ilk matçın start fiti saat 19:00-da səslənəcək.

OXŞAR XƏBƏRLƏR