UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AZXEBER.COM xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürüb.
Türkiyə təmsilçilərindən "Sivasspor” "Fiorentina”ya, "Başakşehir” isə pley-offda "Qarabağ”ı mübarizədən kənarlaşdıran "Gent”ə rəqib olublar.
Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.
UEFA Avropa Konfrans Liqası
1/8 final mərhələsinin püşkatması
AEK (Larnaka, Kipr) - "Vest Hem” (İngiltərə)
"Fiorentina” (İtaliya) - "Sivasspor” (Türkiyə)
"Latsio” (İtaliya) - "AZ Alkmaar” (Niderland)
"Lex” (Polşa) - "Yurqorden” (İsveç)
"Bazel” (İsveçrə) - "Slovan” (Slovakiya)
"Şerif” (Moldova) - "Nitsa” (Fransa)
"Anderlext” (Belçika) - "Vilyarreal” (İspaniya)
"Gent” (Belçika) - "Başakşehir” (Türkiyə)