“Konnekt” “Digitürk”lə əməkdaşlığa başladı - Superliqanı izləmək mümkün olacaq

“Konnekt” “Digitürk”lə əməkdaşlığa başladı - Superliqanı izləmək mümkün olacaq
İQTİSADİYYAT
16:36 05.10.2022
427
Azərbaycanın daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkəti "Konnekt” QSC Türkiyənin rəqəmsal televiziya yayım platformasında liderlik edən  "Digitürk beIN Media Group” ilə əməkdaşlığa başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə şirkətin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.

Bununla "beIN Sports Süperliq”  futbol oyunlarının və  "Digitürk” platformasında yayımlanan kanalların Azərbaycan ərazisində yayımlanması təmin ediləcək. Beləliklə respublikamızın istənilən bölgəsindən istər hüquqi, istərsə də fərdi ünvanlara yüksək keyfiyyətli "Digitürk-Konnekt TV” HD rəqəmsal yayım paketlərini sifariş etmək mümkündür.

"Konnekt” QSC-nin Baş direktoru Rəşad Namazovun sözlərinə görə, Azərbaycanda ilk dəfə kabel operatoru olaraq Türkiyənin bütün superliqa oyunlarının "Konnekt” üzərindən yayımlanması "Digitürk” platforması üzərindən Azərbaycan izləyicilərinə çatdırılması ən böyük yüniliklərdən biridir: "Azərbaycanda idman sahəsinə diqqət yüksək səviyyədədir. Ölkəmizdə ən önəmli idman növlərindən biri isə futboldur. Azərbaycanda ilk dəfə kabel operatoru olaraq Türkiyənin bütün Superliqa oyunlarının "Konnekt” üzərindən yayımlanması "Digitürk” platforması üzərindən Azərbaycan izləyicilərinə çatdırılması ən böyük yüniliklərdən biridir. Biz bunun üçün həm həyəcanlıyıq, həm də sevinirik.
 
Regionlarda da internet sürətlə inkişaf edir. "Konnek”tin digər platformaları da var. Kabel yayımından başqa NNTV brendi altında internet üzərindən

OTT texnologiyası mövcuddur. Bu internet üzərindən bütün kanalları izləmək imkanı yaradır. Gələcəkdə bizim planımız var ki, eyni şəkildə "Digitürk”ün idman kanallarını NNTV platforması üzərindən bölgələrə də çatdıraq. Hesab edirəm ki, bu da böyük nailiyyət olacaq”.

Rəşad Namazov qeyd edib ki, abunəçilər bir neçə istiqamətdə seçim edə biləcəklər. İnternet üzərindən "beIN Konnekt” seçərək qoşula bilərlər. Bundan əlavə, müəyyən platformalar üzərindən qoşulub bizi izləmək mümkündür. Bu gün "Konnekt” şirkəti "beIN Group”la çalışmağa  başladıqdan sonra Azərbaycan ərazisində tam kabel televiziyasını sərhədsiz elədi. İstənilən bölgədə abonentlərin bu yayıma qoşulmaq imkanı var”.

"Digitürk” şirkətinin Marketinq və satışa məsul əməkdaşı Erem Demircanın sözlərinə görə, Azərbaycanda 10 milyondan çox əhali yaşayır. "Konnekt” QSC ilə əməkdaşlıq nəticəsində şirkət öz hədəfində olduğu abunəçi sayını əldə edəcək:  "Biz Superliqa oyunlarının bütün dünyada yayım hüququna malikik. Hazırda dünyada 110 ölkədə yayımlayırıq. Bu ölkələrdən biri də Azərbaycan olacaq. Həmçinin serial və sənədli filmlər, həmçinin həyat tərzi proqramlarımız da bütün coğrafiyalarda verilir. 150-dən çox kanalımız isə Azərbaycanda yayımlanacaq”.

Şirkətin abunəçilərə təklif etdiyi paketlərə gəlincə isə, tədbirdə qeyd olunub ki, "Konnekt” şirkətində daha öncədən "Standart” və "Premium” paketləri mövcud idi. İdmanı yenilik olsun deyə ayrıca tematik paketlərə bölmək üçün "Premium beIN” və "Standart beIN” paketləri yaradılıb. Aylıq, 3 və ya 6 aylıq, o cümlədən illik ödəmə paketləri var. Daha çox ödədikdə isə müştərilərə əlavə avantaj qazandırır.

Qeyd edək ki, "Konnekt” QSC-nin əsası 2005-ci ildə qoyulub. Şirkət 2007-ci ildən etibarən əhaliyə internet xidmətləri göstərməyə başlayıb. 2008-ci ildən etibarən  həmçinin kabel televiziyası sferasında fəaliyyətə başlayıb və artıq qeyd olunan tarixdən etibarən "CONNECT TV” brendi altında əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidməti təqdim edir. 2011-ci ildən etibarən isə şirkət "CONNECT FİBER” brendi altında fiber-optik texnologiya sahəsində fəaliyyətə başlayıb və abunəçilərə yüksək sürətli fiber-optik internet xidmətləri təqdim edir.

2017-ci ilin mart ayından etibarən isə Konnekt şirkəti televiziyanın internet üzərindən yayımını təşkil edib və OTT TV xidmətini NNTV brendi altında təqdim etməyə başlayıb. 2020-ci ildən etibarən Konnekt abunəçiləri üçün "MyCONNECT” tətbiqini istifadəyə verib. Qeyd olunan tədbiq vasitəsilə abunəçilər texniki servis, modemlərin sazlamaları, tarif dəyişmə, balansın idarə olunması, onlayn müraciət, ödəmə və digər imkanlardan yararlanırlar.        

2021-ci ildən isə "Konnekt” QSC Fiber-optik texnologiya ilə yanaşı GPON texnologiyalarını da tətbiq edir. Azərbaycanda 4K yayımını ilk dəfə həyata keçirən məhz "Konnekt” şirkətidir. Şirkət həmçinin ölkə xaricində də uğurlu layihələrə imza atıb. Belə ki, Nigeriyada və Benində rəqəmsal televiziya keçid prosesini həyata keçirib. Həmçinin, Qırğızıstanda kabel operatorunun baş stansiyasının və şəbəkəsinin qurulması prosesini həyata keçirib.  Bundan əlavə "Konnekt” QSC  Ağıllı ev texnologiyaları və alternativ enerji sahəsində də fəaliyyət göstərir.

"Konnekt” QSC öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi prinsiplərini rəhbər tutur.

Siz də "Konnekt” ailəsinə qoşulun və evdəki hər kəsə uyğun olaraq seçilmiş yayım paketlərindən və HD yayım keyfiyyətindən yararlanaraq "Digitürk-Konnekt TV” ilə xəyallarınıza toxunun!  
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib