Konqoda almaz mədəninin çökməsi nəticəsində 40 nəfər ölüb

Konqoda almaz mədəninin çökməsi nəticəsində 40 nəfər ölüb
DÜNYA
19:35 09.06.2022
389
Konqo Demokratik Respublikasının mərkəzi hissəsində almaz mədəninin çökməsi nəticəsində 40-dan çox adam ölüb.

Bu barədə "Sinxua” agentliyi respublikanın Kasai vilayətinin daxili işlər naziri Alen Tsisunqu Ntumbaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 7-də axşam saatlarında Sambe şəhərində 18 metr dərinlikdə yerləşən şaxta çöküb: "Həmin vaxt orada 40-dan çox insan olub. Artıq 6 cəsəd mədəndən çıxarılıb, xilasetmə və axtarış işləri davam edir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR