Konqoda Ebola həyəcanı: 300 yoluxmuş şəxs itkin düşüb

Konqoda Ebola həyəcanı: 300 yoluxmuş şəxs itkin düşüb
DÜNYA
16:30 30.06.2026
169
Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ilə bağlı narahatedici vəziyyət davam edir. Virusun daşıyıcısı olduğu təsdiqlənən yüzlərlə şəxsin harada olduğu məlum deyil.

AZXEBER.COM xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) məlumat yayıb.

Bildirilib ki, ölkədə Ebola testi müsbət çıxan azı 297 nəfərin yeri müəyyən edilə bilmir. Bölgədə davam edən silahlı münaqişələr səbəbindən bir milyondan çox insanın sığındığı düşərgələrə tibb işçilərinin çıxışı məhdudlaşıb. Bu isə virusa yoluxan şəxslərin izlənilməsini və nəzarətdə saxlanılmasını çətinləşdirir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, virusun qaçqın düşərgələrinə yayılması vəziyyəti daha da ağırlaşdıra bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, epidemiya hazırkı sürətlə davam edərsə, sentyabr ayının ortalarınadək yoluxma sayı 8 mini, ölənlərin sayı isə 1400 nəfəri keçə bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR