Konqoda kilsədə partlayış törədilib, 5 nəfər ölüb, daha 15-i yaralanıb

Konqoda kilsədə partlayış törədilib, 5 nəfər ölüb, daha 15-i yaralanıb
DÜNYA
18:58 15.01.2023
248
Konqo Demokratik Respublikasının (DRC) şərqində kilsədə törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters” ordunun Şimali Kivu əyalətindəki rəsmi nümayəndəsi Entoni Mauluşaya istinadən məlumat yayıb.

Hadisə Uqanda ilə sərhəd yaxınlığındakı Kasindi şəhərindəki protestant kilsəsində baş verib.

Hakimiyyət partlayışda yerli qruplaşmanın silahlılarını şübhəli bilir.
OXŞAR XƏBƏRLƏR