Konqoda mindən çox insan meymunçiçəyinə yoluxdu

DÜNYA
13:47 22.08.2024
121
Konqo Demokratik Respublikasında bir həftə ərzində mindən çox insanda meymun çiçəyi virusu aşkar edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Afrika Birliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən edilən açıqlamada, Konqo Demokratik Respublikasında meymun çiçəyi epidemiyası ilə bağlı son məlumatlar paylaşılıb.

Açıqlamaya görə, 13-20 avqust tarixləri arasında DRC-də mindən çox insanda meymun çiçəyi virusu aşkar edilib.

Konqo Səhiyyə Nazirliyinin məlumatlarına görə, bu ilin əvvəlindən ölkədə 17 mindən çox təsdiqlənmiş və ya şübhəli meymun çiçəyi hadisəsi aşkar edilib və onlardan 570-dən çoxu dünyasını dəyişib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Konqoda ümummilli meymun çiçəyi epidemiyası elan edilib.
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR