Konqoda qayıq qəzası nəticəsində onlarla insan ölüb

Konqoda qayıq qəzası nəticəsində onlarla insan ölüb
DÜNYA
23:33 29.11.2025
103
Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində, Mai-Ndombe gölündə qayığın qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb.

Bu barədə "Africanews" informasiya portalı xəbər yayıb.

Məlumata əsasən, qayıq sərnişinləri paytaxt Kinşasaya apararkən çevrilib. Hadisənin səbəbi barədə məlumat verilmir. Bir neçə nəfər isə itkin düşmüş hesab olunur. Ərazidə xilasedicilər çalışırlar.

Qeyd olunur ki, bu cür hadisələr KDR-də kifayət qədər tez-tez baş verir. Əsas səbəblər isə qayıqların həddinən artıq yüklənməsi və xilasetmə jiletləri kimi təhlükəsizlik vasitələrinin olmamasıdır.
 
/report

OXŞAR XƏBƏRLƏR