Konqonun ədliyyə nazirinə sui-qəsd cəhdi olub

Konqonun ədliyyə nazirinə sui-qəsd cəhdi olub
DÜNYA
18:58 07.09.2024
239
Naməlum şəxslər ədliyyə üzrə dövlət naziri, Konqo Demokratik Respublikasının (KDR) möhürünün qoruyucusu Konstant Mutambanı zəhərləməyə cəhd ediblər.

Bu barədə Konqonun "Actualite” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

"Araşdırmalar [Mutambanın bədənində] zəhərin olduğunu üzə çıxarıb”, – nazirə yaxın adamlar deyirlər.

"Nazirə qulluq üçün ciddi tədbirlər görülür”, – diqqətə çatdırılıb.

Xəbərdə deyilir ki, zəhərlənmə Mutamba rəhbərliyinin korrupsiyada şübhəli bilinən hakimləri işdən çıxarmaqla hədələyərək KDR-nin məhkəmə sistemində islahatlara başlamasından sonra baş verib.

KDR Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 2-nə keçən gecə nazirin ofisinə basqın edilib. Nazirlik bildirib ki, sonradan mütəxəssislər ofisin özündə və ona gedən dəhlizdə ağ tozun izlərini aşkar ediblər.
 
///report
OXŞAR XƏBƏRLƏR