Konqres üzvü Qrin Vaşinqtonu axmaqlıqda günahlandırıb

Konqres üzvü Qrin Vaşinqtonu axmaqlıqda günahlandırıb
DÜNYA
19:21 07.06.2023
197
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin bildirib ki, Vaşinqton Kiyevi dəstəkləməklə axmaqlıq edir.

Konqres üzvü bu barədə özünün "Twitter” səhifəsində yazıb.

Qrin mesajında Ukraynanın maliyyələşdirilməsinə səs verməyəcəyini və buna qarşı mübarizə aparacağını bildirib.

Nümayəndələr Palatasının üzvünün sözlərinə görə, amerikalı siyasətçilər müharibəni qəsdən qızışdırır və bunun üçün ABŞ vətəndaşlarından pul tələb edirlər.
OXŞAR XƏBƏRLƏR