23-cü Beynəlxalq Sevgi, Sülh, Dostluq Mədəniyyət və İncəsənət Festivalında konsert vermək üçün Zonguldakın Ereğli kəndinə gələn məşhur müğənni Semiçenk orkestr komandasının fərqli bir əraziyə getməsi səbəbindən konsertini vaxtından tez bitirərək şəhəri tərk edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, rayona gec gələn Semiçenk orkestr komandası olmadığı üçün səhnədə musiqiləri tək ifa etmək məcburiyyətində qalıb. Bir neçə mahnı oxuyan Semiçenk Ereğliyə yenidən gələcəyinə söz verərək səhnəni tərk edib.
Onu dinləmək üçün səhnəyə gələn kütləyə müraciət edən Semiçenk "Yaşanan fəlakətlərə görə hər kəsin tezliklə sağalmasını arzu edirəm. Təbii fəlakətlərə məruz qaldıqları üçün orkestrim bu gecə məni müşayiət edə bilmədi. Sizi görmək üçün gələ bildim. Bu açıqlamanı özüm vermək istədim. Bundan sonra çox gözəl bir konsertdə görüşəcəyik”, - deyib.
Mikayıl