Konsertdə ölümdən dönən fotoqrafın vəziyyəti necədir? - AÇIQLAMA

Konsertdə ölümdən dönən fotoqrafın vəziyyəti necədir? - AÇIQLAMA
MAQAZİN
21:50 25.12.2022
932
Ayaz Babayev konsert zamanı suya yıxılan fotoqrafın vəziyyəti haqqında danışıb.

AZXEBER.COM xəbər verir ki, müğənni "Instagram" hesabında fotoqrafla video paylaşaraq onun vəziyyətinin yaxşı olduğunu deyib.

"Konsert möhtəşəm keçdi. Amma tək pis şey Tariyel suya yıxıldı. Çox şükür ki, indi hər şey yaxşıdır".

Ayaz Babayev fotoqrafa "Tariyel, bu gün ikinci doğum günündür" deyərək onunla zarafatlaşıb.

Qeyd edək ki, Bu gün Ayaz Babayevin "Dəniz Mall”da baş tutan konsertində təhlükəli anlar baş verib. Fotoqraf Tariel Hüseynov hovuza yıxılıb. 

Fotoqraf üzə bilmədiyi üçün boğulma təhkükəsi ilə üz-üzə qalıb. Mühafizə onu son anda xilas edə bilib.

Aydın
OXŞAR XƏBƏRLƏR