Konsertində fələstinli uşaqlar üçün oxudu

Konsertində fələstinli uşaqlar üçün oxudu
MAQAZİN
11:40 31.05.2024
194
Haluk Levent İstanbulun fəthinin 571-ci ildönümü çərçivəsində keçirilən şənlikdə İsrailin fələstinlilərə hücumu zamanı həyatını itirən on minlərlə uşaq üçün ərəb dilində mahnı oxuyub.
 
AZXEBER.COM xəbər verir ki, dünyada İsrailə reaksiyalar günü-gündən artsa da, məşhur simalar yaşananlara biganə qalmır.
 
Bu adlardan biri olan Haluk Levent həm qurucusu olduğu "Dostlar Dərnəyi" ilə işində, həm də verdiyi konsertlərdə Fələstindəki zülmə diqqət çəkməyə davam edir.

İstanbulun fəthinin 571-ci ildönümü çərçivəsində Maltepedə keçirilən şənlikdə sonuncu dəfə səhnəyə çıxan Haluk Levent fələstinliləri də unutmayıb.
 
55 yaşlı müğənni səhnədə fələstinli uşaqlar üçün ərəbcə mahnılar oxuduğu o anları sosial media hesabında yayımlayaraq"16 min uşaq üçün oxumuşuq. Onların dili ilə. Qəlbimdəsən Fələstin" sözlrini yazıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR