"Konstitusiya" Araşdırmalar Fondu 12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirdi

"Konstitusiya" Araşdırmalar Fondu 12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirdi
SOSİAL
16:19 20.07.2025
544
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində "Konstitusiya” Araşdırmalar Fondu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə müəssisəsində növbəti monitorinq və hüquqi maarifləndirmə tədbiri həyata keçirib.

Tədbirin əvvəlində Fondun prezidenti Əliməmməd Nuriyev çıxış edərək layihənin məqsədləri, fəaliyyət istiqamətləri və penitensiar müəssisələrdə hüquqi yardım və monitorinqin əhəmiyyəti barədə geniş məlumat verib.Tədbirdə müəssisə rəhbərliyi və Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin nümayəndələri də iştirak edərək hüquqi maarifləndirmənin cəzaçəkmə prosesindəki rolunu yüksək qiymətləndiriblər.

 Daha sonra peşəkar hüquqşünas-ekspertlər tərəfindən 38 nəfər məhkum üçün amnistiya, əfvetmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutları və digər hüquqi mexanizmlər barədə çıxışlar və təqdimatlar edilib.

Monitorinq çərçivəsində layihə ekspertləri tərəfindən 48 məhkum fərdi qəbul edilərək hüquqi yardım göstərilib.
 
Məhkumların konkret hüquqi problemləri, tətbiq olunan cinayət-hüquq normaları, əfv və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin prosedurları dair sualları cavablandırılıb, müvafiq hüquqi məsləhətlər verilib.

Monitorinq zamanı müəssisənin şəraiti, məhkumların hüquqlarının təmin olunması, hüquqi məlumatlara çıxış imkanları və digər vacib aspektlər üzrə yerində baxış və qiymətləndirmə aparılıb.

"Konstitusiya” Araşdırmalar Fondu layihə çərçivəsində məhkumlarla hüquqi maarifləndirmə tədbirlərini, monitorinq və hüquqi yardım fəaliyyətlərini davam etdirəcəkdir.

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır