Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə
SOSİAL
12:51 29.01.2026
456
Naxçıvanda "Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitab nəşr edilib. 

AZXEBER.COM xəbər veirr ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi olduğu kitabın müəllifi Ali Məclisin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevdir. 

2025-ci il üçün elan olunan Konstitusiya və Suverenlik ilinə həsr edilən kitabın elmi redaktoru Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, ön sözün müəllifi Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.

 Kitabda müəllif xalqımızın milli ruhunun gücündən yaranmış konstitusiya, suverenlik və siyasi sistem quruculuğu salnaməsindən bəhs edir. Həmçinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq, respublikamızda son 30 ildən artıq dövrdə həyata keçirilən düzgün iqtisadi-sosial, siyasi, hüquqi, xarici siyasətin təntənəsindən söhbət açılır. Müəllif Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olan cənab İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsinin konseptual elmi və tarixi şərhini verir.

Ön söz, giriş, üç fəsil və nəticədən ibarət olan kitabın "Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi" adlı I fəslində milli dövlətçilik ənənələrimizdə Konstitusiya anlayışından, Azərbaycan Xalq Cümhuriyyətində hüquqi dövlət quruculuğundan, Naxçıvandan başlanan hüquqi dövlətçilik yolundan və Qurtuluş missiyasının hüquqi təntənəsindən ətraflı bəhs edilir. Müəllif bu proseslərin məntiqi ardıcıllığını tarixi kontekstdə əks etdirərək, müfəssəl təhlilini verir.

"Suverenlik: Azərbaycanın bütövlük təsdiqi" adlanan II fəsildə möhkəm təmələ əsaslanan qüdrətli suverenlik kursundan, Prezident İlham Əliyevin suverenlik prioritetlerindən, "Qarabağ Azərbaycandır və Nida”nın Zəfər çağırışlarından, suverenliyin "Dəmir Yumruq” təminatından və qüdrətli Suverenliyin mərhəmət gücündən söhbət açılır. 

Sonuncu - "Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli" adlanan III fəsildə isə müəllif yeni tarixi mərhələdə yeni siyasi konfiqurasiya, Heydər Əliyev siyasi arxitekturası, siyasi islahatlarda yeni prioritet -  siyasi konfiqurasiyanın modernləşməsi, siyasi sistemin möhkəmlənməsi, tarixi ədalətin bərpası: Qərbi Azərbaycana Qayıdış, yeni siyasi konfiqurasiyanın antiazərbaycançı şəbəkəyə böyük zərbələri və IV Sənaye İnqilabı Dövrünün siyasi konsepsiyası və çağırışları kimi aktual mövzuları geniş araşdırır, bu tarixi-siyasi prosesin ilkin nəticələri barədə rəy bildirir. 

"Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” kitabı elm və təhsil ictimaiyyəti, tədqiqatçılar, politoloqlar, xüsusən də gənc nəsil üçün dəyərli vəsaitdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO