"Napoli"nin baş məşqçisi Antonio Konte Dortmund "Borussiya"sından Emre Canı klubunda görmək istəyir.
AZXEBER.COM Almaniya mətbuatına istinadən xəbər verir ki, "Napoli" Emre Can üçün "Borussiya Dortmund"la danışıqlara başlayıb.
Qeyd olunub ki, "Napoli" bu transfer üçün 10-15 milyon avro aralığında pul ödəyə bilər.
Xatırladaq ki, futbolçu 2020-ci ildən "Borussiya Dortmund”da çıxış edir.
Məryəm