Konte “Qarabağ”ı sürpriz komanda adlandırdı

Konte “Qarabağ”ı sürpriz komanda adlandırdı
İDMAN
14:16 23.11.2025
120

"Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının 12-ci turunda "Atalanta” üzərində (3:1) hesablı qələbəsini şərh edib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Qarabağ”a qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb:

"İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan "Qarabağ”la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.

"Atalanta” üzərində qələbə qazanan "Napoli” turnir cədvəlinin zirvəsinə qayıdıb.

Qeyd edək ki, "Napoli” – "Qarabağ” matçı noyabrın 26-da Dieqo Armando Maradona stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

 ///Qafqazinfo

OXŞAR XƏBƏRLƏR