Türkiyənin Konya vilayətində sərnişin avtobusu aşıb. AZXEBER.COM xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 15 nəfər xəsarət alıb, ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəza zamanı nəqliyyat vasitəsində 37 sərnişin olub.