Sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Kopenhagen” – "Qarabağ” matçı keçiriləcək.
Avqustun 23-ü saat 22.45-də keçiriləcək görüş "İdman Azərbaycan"ın efirində canlı yayımlanacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə oyunun Azərbaycan Televiziyasında canlı olaraq yayımlanmayacağı söylənilirdi.